AQTA məktəbdəki zəhərlənmə ilə bağlı hərəkətə keçdi - YENİLƏNİB

 17:45 29.10.2026     203

Bu gün Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagird dərs prosesi zamanı özünü pis hiss edib.

Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Ceyranbatan 2 nömrəli tam orta ümumtəhsil məktəbindən məlumat verilib.

Bildirilib ki, məsələ məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb və təcili yardım xidmətinə məlumat verilib.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.

***

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbdə 10 şagirdin zəhərlənməsi ilə bağlı məsələ üzərində araşdırma aparılır.

Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, sözügedən məsələ AQTA tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır.

***

Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.

Redaktor.az xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub.

Onların popkorndan zəhərləndiyi iddia olunur (Report).

Vumart və Güvən reklamı Vumart Güvən