Bakıda yük avtomobili qəza törətdi - Yolda hərəkət məhdudlaşdırıldı
Bakının Nərimanov rayonunda yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, qəza Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində qeydə alınıb.
Hadisə səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Hazırda polis əməkdaşları yük avtomobilinin hadisə yerindən kənarlaşdırılması və hərəkətin bərpası istiqamətində zəruri tədbirlər görürlər.













