Hökməlidə yanğın oldu - VİDEO

 09:28 30.10.2026     63

Abşeron rayonu, Hökməli qəsəbəsində yanğın olub.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən tövlədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan taxta konstruksiyalardan ibarət tövlə və ətrafına yığılmış 14 ton ot bağlamasının 7 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən