Azərbaycanda məktəb binasını yandırmağa cəhd EDİLDİ - Həbs edilənlər var - FOTO
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib.
Redaktor.az xəbər verir ki, oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya “Molotov kokteyli” atılıb.
Polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb.
Onların məktəblərdə vahid geyim qaydalarına qarşı çıxdıqları üçün bu əməli törətməsi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər.
Araşdırma davam etdirilir.














