İtkin düşmüş 10 nəfər tapılıb, dələduzluğa görə axtarılan 7 nəfər saxlanılıb - DİN

 09:47 31.10.2026     131

Oktyabrın 30-da polis əməkdaşları tərəfindən ölkə ərazisində keçirilən tədbirlər nəticəsində itkin düşmüş şəxslər tapılıb, axtarışda olan şəxslər saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Bundan başqa, paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında keçirilən tədbirlər zamanı 1 tapança, 1 tüfəng, 1 patron darağı və 238 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Qeyd olunub ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən