Tovuzda avtomobil kanala aşdı - Xəsarət alanlar VAR
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az "Azərtac"a istinadla xəbər verir ki, Şəmkir sakini Anar Qurbanovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq rayon ərazisindəki su kanalına aşıb. Hadisə nəticəsində avtomobildə olan 4 nəfər xəsarət alıb. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.













