Beynəlxalq axtarışda olan şəxs tutularaq Azərbaycana gətirildi

 11:33 31.10.2026     144

Beynəlxalq axtarışda olan şəxs İnterpol xətti ilə Rusiyanın Amur vilayətində saxlanılaraq Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

Redaktor.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə vilayətin DİN İdarəsi məlumat yayıb.

“Azərbaycanın hüquq-mühafizə orqanlarından alınan məlumata görə, axtarışda olan şəxs dələduzluq etməkdə, yəni etibardan sui-istifadə etməklə özgə əmlakını mənimsəməkdə şübhəli bilinirdi. Axtarışın təşəbbüskarı şübhəlinin həbs edilməsi və sonradan ekstradisiya olunması məqsədilə Azərbaycan tərəfi çıxış edib”, - məlumatda deyilir.

Azərbaycan vətəndaşı olduğu bildirilən şübhəli şəxs Svobodnı rayonunda həyata keçirilmiş əməliyyat nəticəsində saxlanılıb. 

Saxlanılan şəxs ekstradisiya qaydasında Azərbaycana gətirilərək aidiyyəti dövlət qurumlarına təhvil verilib.

Vumart və Güvən reklamı Vumart Güvən