Londonda Azərbaycan səfirliyi qarşısında iranpərəst qüvvələr təxribata cəhd ETDİ

 11:59 31.10.2026     126

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb.

Aksiyada iştirak edən 10-15 nəfərlik qrupun əlində İran bayraqları, eləcə də İran İslam Respublikasının ilk ali dini lideri Ruhullah Xomeyninin portretləri olub.

Əsasən qadınlardan ibarət olan aksiya iştirakçıları səsgücləndiricilər vasitəsilə müxtəlif şüarlar səsləndirib, Azərbaycanda guya hicaba qarşı basqıların olduğunu iddia ediblər.

Aksiya iştirakçıları Azərbaycanın daxili siyasəti ilə bağlı məsələləri dini şüarlar və siyasi simvollar vasitəsilə manipulyasiya etməyə çalışıblar.

Vumart və Güvən reklamı Vumart Güvən