DYP-dən avtomobilin velosipedçini vuraraq öldürməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

 14:27 31.10.2026     275

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Sabunçu rayonu, Maştağa qəsəbəsində ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

İdarədən Redaktor.az-a verilən məlumata görə, Sabunçu rayonu, Maştağa qəsəbəsində gecə saat 23:50 radələrində naməlum avtomobil nəqliyyat axınına əks istiqamətdə velosiped idarə edən Ülfət Hüseynovu vurub.

Hadisə yerindən yayınan “VAZ” markalı avtomobilin sürücüsü T.Bədəlov DYP əməkdaşları tərəfindən “isti izlərlə” saxlanılsa da, velosipedçinin həyatını xilas etmək mümkün olmayıb.

"Son vaxtlar ikitəkərli nəqliyyat vasitələrindən istifadə geniş yayılıb. Təəssüf ki, sözügedən nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan qəzaların sayının artması haqlı narahatlıq doğurur. Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələri ilə bağlı risklərin aradan qaldırılmasının qadağalardan daha çox yol hərəkəti qaydalarına riayət edilməsi və şəxsi məsuliyyət hissinin artırılması ilə mümkün olduğunu bildirir və bütün tərəfləri təhlükəsiz yol mühitinin formalaşmasına töhfə verməyə çağırır", məlumatda deyilir.

***

Sabunçu rayonunda velosipedçi yol qəzasında həlak olub.

Redaktor.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Paytaxt sakini Ədalət Bədəlov idarə etdiyi “VAZ 2109” markalı avtomobillə velosipedçi Ülfət Hüseynovu vurub. Velosipedçi hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən