Lənkəranda özünü polis əməkdaşı kimi təqdim edən şəxs SAXLANILDI
Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edən naməlum şəxs müəyyən olunub.
Redaktor.az xəbər verir ki, bu barədə tanınmış bloqer Saleh Nəsirov paylaşım edib.
O qeyd edib ki, polis tərəfindən keçirilən tədbirlərlə Seymur Dadaşzadə saxlanılıb.
Araşdırmalarla onun üzərində gəzdirdiyi silaha bənzər əşyanın oyuncaq olması, özünün isə hər hansı hüquq-mühafizə orqanlarıda heç vaxt işləmədiyi müəyyən edilib. Onunla bağlı məsuliyyət tədbirləri görülür.













