Ələt-Astara magistralında qəza: 2 ölü

 10:15 01.11.2026     121

Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində həyatını itirənlərin şəxsiyyəti və hadisənin təfərrüatları məlum olub.

Məlumata görə, Salyan rayonunun Muğangəncəli kənd sakini, 1970-ci il təvəllüdlü Ələkbər Həsənovun idarə etdiyi "Qazel" markalı avtomobil hərəkətdə olarkən qoşqulu yük avtomobilinə toxunub. İdarəetmədən çıxan nəqliyyat vasitəsi daha sonra yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Zərbənin gücündən avtomobilin sürücüsü Ələkbər Həsənov və onun həmkəndlisi, 1973-cü il təvəllüdlü Fariz Qarayev aldıqları xəsarətlərdən hadisə yerindəcə dünyalarını dəyişiblər.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

Vumart və Güvən reklamı Vumart Güvən