Məktəbli qızları avtomobil VURDU

 21:25 01.11.2026     128

Ağstafada iki qızı avtomobil vurub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Poylu kəndində baş verib.

Belə ki, "Mercedes" markalı minik avtomobili 16 yaşlı Svetlana Əhmədovanı və onun həmyaşıdı Nuranə Qasımovanı vurub.

Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, xəsarət alan hər iki şəxs məktəblidir.

Faktla bağlı araşdırma aparılır (oxu.az).

Vumart və Güvən reklamı Vumart Güvən