Bakıda avtomobil gözəllik salonuna GİRDİ

 15:35 02.11.2026     82

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında 2 avtomobil toqquşub.

Nəticədə, idarəetmədən çıxan “Toyota Aqua” markalı avtomobil yolun kənarında yerləşən gözəllik mərkəzinə çırpılıb.

Avtomobilə və obyektə ziyan dəyib.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən