Azərbaycana 1 milyon gətirən kişi TUTULDU
Rusiyanın Həştərxan hava limanında gömrük əməkdaşları 64 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar. O, Rusiyadan Bakıya bəyan edilməmiş pul vəsaiti çıxarmağa cəhd edib.
Redaktor.az xəbər verir ki, sərnişin “yaşıl dəhliz”dən keçərkən şalvarının cibində 1 milyon rubl (təxminən 21 min 118 manat) aşkar edilib. Kişi bildirib ki, bu pulu oğlunun toyuna hədiyyə aparmaq üçün hazırlayıb və məbləği bəyan etməli olduğunu bilməyib.
Azərbaycanlı barəsində Rusiya İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi ilə iş açılıb. Həmin maddə nağd pul vəsaitlərinin bəyan edilməməsini və ya yanlış bəyan edilməsini nəzərdə tutur.
Kişiyə 10 min ABŞ dolları ekvivalentində olan 840 min rubl (17 739 manat) geri qaytarılıb, qalan 160 min rubl (3378 manat) isə müsadirə edilib (modern.az)













