Mingəçevir su anbarı yaxınlığında bataqlıqda köməksiz vəziyyətdə qalan iki nəfər xilas EDİLDİ
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Mingəçevir su anbarı yaxınlığında yük avtomobilinin bataqlıqda batması və vətəndaşların çətin keçilən ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Aran Regional Mərkəzinin xilasediciləri dərhal əraziyə cəlb olunublar.
Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxslərin yeri müəyyən edilib, çətin keçilən ərazidə qalmış iki nəfər vətəndaş təhlükəsiz yerə təxliyə edilib.













