58 yaşlı piyadanı maşın vurdu

 16:12 07.11.2026     36

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində baş verib.

Arif Səlimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarındakı 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən