FHN iki xilasetmə əməliyyatı keçirdi

 10:11 09.11.2026     35

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 1 nəfər uşaq xilas edilib, 1 nəfərə müvafiq köməklik göstərilib.

Vumart və Güvən reklamı Vumart Güvən