Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

 10:03 11.11.2026     24

Noyabrın 10-da ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 35, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən