Arvadının iynə vurduğu kişi ÖLDÜ

 12:07 11.11.2026     73

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib.

1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasını dəyişib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən