Sərnişin avtobusu işıqlandırma dirəyinə çırpıldı - FOTO

 13:52 11.11.2026     55

Gəncədə marşrut avtobusu qəzaya uğrayıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhərin Nizami prospektində baş verib.

“BakuBus”a məxsus 5 nömrəli marşrut üzrə sərnişin avtobusu sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb. Daha sonra ağacları sındıraraq dayanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Vumart və Güvən reklamı Vumart Güvən