Babək prospektində “BMW”nin körpüdən aşmasının anbaan VİDEOSU
Bu gün paytaxtın Nizami rayonu ərazisində - Babək prospekti üzərindəki körpüdə “BMW” markalı avtomobilin aşmasının görüntüləri yayılıb.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, idarəetmədən çıxaraq körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb.
Banı üzərində yola düşən avtomobil yarasız hala düşüb.
Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib.
Qəza nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.













