Tovuzda hamilə bıçaqlandı - Saxlanılan var
Tovuzda hamilə qadını bıçaqlamaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, keçirilən operativ tədbirlər nəticəsində S. Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə. Məmmədzadə tutulub.
Məlumata görə, hadisə Tovuz "ASAN xidmət" Mərkəzinin qarşısında qeydə alınıb. Bıçaq xəsarəti alan hamilə qadın dərhal xəstəxanaya yerləşdirilib və ona zəruri tibbi yardım göstərilib. İlkin məlumatlarda qadının vəziyyətinin kafi olduğu bildirilsə də, sonradan bəzi media orqanlarında onun aldığı xəsarətlərdən həyatını itirdiyi barədə xəbərlər yayılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.













