Sumqayıtda yol çökdü - FOTO
Sumqayıtda kanalizasiya xəttində baş verən qəza yolun çökməsinə səbəb olub.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Küçədən keçən 650 millimetrlik kanalizasiya xəttində baş verən qəza nəticəsində yolun bir hissəsində çökmə yaranıb.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, hazırda ərazidə qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.













