Sumqayıtda beş avtomobil toqquşdu - FOTO+VİDEO

 15:52 14.11.2026     70

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “report”a istinadla xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Changan” və BYD markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən BYD idarəetmədən çıxaraq yolun kənarında park edilmiş BMW, “Audi” və “Volkswagen” markalı avtomobillərə çırpılıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 



 

Vumart və Güvən reklamı Vumart Güvən