Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - VİDEO

 21:48 15.11.2026     99

Bakıda güclü külək fəsadlara səbəb olub.

Redaktor.az İTV-yə istinadən xəbər verir ki, hadisə zamanı küləyin təsirindən ağac aşıb və park edilmiş avtomobilin üzərinə düşüb.

Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.

Vumart və Güvən reklamı Vumart Güvən