Bakıda güclü külək 7 avtomobilə ziyan vurdu - FOTO

 23:00 15.11.2026     37

Abşeron rayonu, Xırdalan şəhərində güclü külək nəticəsində maddi ziyanla nəticələnən hadisə baş verib.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsi, 26A ünvanında qeydə alınıb. 

Belə ki, güclü küləyin təsirindən həyətdə yerləşən taxta konstruksiya aşaraq həyətdə park edilmiş avtomobillərin üzərinə düşüb (APA).

Nəticədə ümumilikdə 7 avtomobilə ziyan dəyib.

2222
Vumart və Güvən reklamı Vumart Güvən