Polis Bakıda qızıl-zinət əşyaları və mobil telefon oğurlayan şəxsləri saxladı

 09:00 16.11.2026     33

Sabunçu və Nəsimi rayonları ərazisində yerləşən mağaza və evlərdən oğurluqlar edilib.

Redaktor.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə Sabunçu rayonu ərazisindəki mağazalardan birindən 2620 manat dəyərində qızıl-zinət əşyasını oğurlayan mağazanın əməkdaşı Ş. Əsədova, Yasamal rayonu ərazisindəki evlərdən birindən 2000 manat dəyərində mobil telefon oğurlayan N. Rəsulov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən