Bakıda obyektdə yanğın söndürüldü - VİDEO - YENİLƏNİB - FOTO

 16:59 16.11.2026     184

Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

***

Paytaxtın Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın səbəbindən bu yolda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

"Prospekt ilə Əcəmi Naxçivani küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Hazırda polis və aidiyyəti qurumun əməkdaşları tərəfindən ərazidə zəruri tədbirlər görülür", - açıqlamada qeyd edilib.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

Əlavə məlumat veriləcək.



 

Vumart və Güvən reklamı Vumart Güvən