Siyəzəndə avtomobil "KamAZ"la toqquşdu: 1 ölü

 09:23 17.11.2026     94

Siyəzəndə avtomobilin "KamAZ"la toqquşması nəticəsində bir nəfər ölüb.

Redaktor.az xəbər verir ki, Ağayev Xanqulu Əlbaba oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobil ilə hərəkətdə olarkən Bayramov Mehrac Balaqardaş oğlunun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə Ə. Ağayev xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb (Report).

Vumart və Güvən reklamı Vumart Güvən