Lənkəranda 3 ailənin yaşadığı ev YANDI

 17:54 17.11.2026     31

Lənkəranda fərdi yaşayış evində güclü yanğın baş verib.

Redaktor.az xəbər verir ki, yanğın hadisəsi şəhərin Mirzə Fətəli Axundov küçəsində üç ailənin yaşadığı evdə baş verib. Hadisə zamanı evdə olan 8 nəfər təxliyə olunub.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub. Külək alovun sürətlə yayılmasına şərait yaradıb. Əraziyə cəlb olunan yanğınsöndürənlərin müdaxiləsindən sonra alovun qarşısı alınıb (APA).

Lənkəranda 3 ailənin yaşadığı ev yanıb - FOTO Lənkəranda 3 ailənin yaşadığı ev yanıb - FOTO

Vumart və Güvən reklamı Vumart Güvən