Bakı-Şamaxı–Yevlax yolunda sursat tapıldı - VİDEO+FOTO

 10:54 18.11.2026     81

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Şamaxı–Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən hissəsinə yaxın ərazidə sursat aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən Redaktor.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 100 mm-lik OF-412 top mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Bakı-Şamaxı–Yevlax yolunda sursat tapılıb - VİDEO Bakı-Şamaxı–Yevlax yolunda sursat tapılıb - VİDEO Bakı-Şamaxı–Yevlax yolunda sursat tapılıb - VİDEO Bakı-Şamaxı–Yevlax yolunda sursat tapılıb - VİDEO

Vumart və Güvən reklamı Vumart Güvən