Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olundu
Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub.
Redaktor.az xəbər verir ki, Oğuzda polisin keçirdiyi profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücü İ. Məmmədov saxlanılıb.
O, idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İ. Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, inzibati qaydada həbs edilib.













