Bakıda evlərdən oğurluq edildi

 15:27 18.11.2026     35

Paytaxtın Sabunçu rayonunda iki nəfər polisə müraciət edərək evlərindən ümumi dəyəri 1690 manat olan məişət əşyalarının oğurlandığını bildiriblər.

Redaktor.az xəbər verir ki, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən A.Qarabəyli, N.Xəlilov, əvvəllər məhkum olunmuş R.Ağayev və F.Rzayev müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, həmin şəxslər ev sahiblərinin yoxluğundan istifadə edərək dəmir barmaqlıqları qırıb əməli törədiblər.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən