Qazaxda ağır qəza: 4 ölü, bir yaralı var

 21:40 18.11.2026     48

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Məlumata görə, bu gün saat 19:30-da Qazax rayonunun Aslanbəyli-Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi, 99-RU-835 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobillə Sənan Hüseyn oğlu Dərgahquliyevin idarə etdiyi, 10-NB-330 dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki sürücü və "Tofaş" markalı avtomobilin iki azyaşlı sərnişini həyatını itirib. Həmin avtomobildə olan qadın sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

2
Vumart və Güvən reklamı Vumart Güvən