BDU-nun tanınmış dosenti evində ölü TAPILDI

 11:22 19.11.2026     89

Bakı Dövlət Universitetinin dosenti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi Nərman Süleymanov (Qocatürk) faciəli şəkildə vəfat edib.

Redaktor.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun meyiti noyabrın 18-i saat 19 radələrində Yasamal rayonunda yaşadığı evdə aşkar edilib.

1967-ci il təvəllüdlü Nərman Salman oğlu Süleymanovun ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Qeyd edək ki, bir müddət əvvəl N.Süleymanov barəsində xoşagəlməz məzmunlu iddialar səsləndirilirdi.

Vumart və Güvən reklamı Vumart Güvən