Ucarda yol qəzası: Göyçay sakinləri xəsarət aldı - FOTO
Ucarda yol qəzası olub, xəsarət alanlar var.
Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Toyota" markalı minik avtomobili ilə "VAZ 21 06" markalı avtomobil toqquşub. Nəticədə "Toyota" magistraldan çıxaraq yol kənarına düşüb.
Qəza zamanı Ucar rayon sakini Kamran Eyubov, Göyçay rayon sakinləri-Rauf Məmmədli və Aynur Azəri xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır (APA).
















