Maşının vurduğu 3 məktəblinin vəziyyəti necədir? - YENİLƏNİB

 22:30 20.11.2026     399

20.11.2026-cı il tarixində saat 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Naftalan şəhəri, Heydər Əliyev prospekti ərazisindən çağırış qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2 kişi, 1 qadın cinsli yeniyetmə) Goranboy rayonuna özəl tibb müəssisəsinə hospitalizasiya olunub.

***

Naftalanda 3 nəfəri avtomobil vurub.

Redaktor.az xəbər verir ki, Naftalan şəhəri ərazisində avtomobil yolu qarşı tərəfə keçmək istəyən məktəbliləri - 2014-cü il təvəllüdlü R.Paşazadə, 2017-ci il təvəllüdlü C.Sadıqzadə və 2015-ci il təvəllüdlü K.Abbaslını vurub.

Hər 3 piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən