Universitet müəlliminin mənzildə meyiti tapıldı - Xalq rəssamının oğlu imiş

 14:01 21.11.2026     97

Paytaxtın Yasamal rayonunda evdən meyit tapılıb.

Redaktor.az xəbər verir ki, hadisə İnşaatçılar prospektində yerləşən mənzillərin birində baş verib.

Ölən şəxsin 1960-cı il təvəllüdlü Elşad Rüstəmov olması müəyyən edilib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Bildirilib ki, meyiti tapılan şəxs Xalq rəssamı Cahangir Rüstəmovun oğludur.

O, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasında müəllim kimi fəaliyyət göstərib.

Qeyd edək ki, C.Rüstəmovun 2 oğlu var. Onun böyük oğlu Eldar Rüstəmov texniki elmlər üzrə fəlsəfə doktoru, dosentdir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır (Qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən