6 yaşlı uşağı maşın VURDU

 16:41 21.11.2026     76

Gədəbəydə 6 yaşlı oğlan yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Qaradağ kəndi ərazisində qeydə alınıb.

2020-ci il təvəllüdlü S. Həsənovu avtomobil vurub.

Azyaşlı xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma başlanılıb./qafqazinfo

Vumart və Güvən reklamı Vumart Güvən