62 yaşlı qadını maşın vurdu
Bakıda 62 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.
Redaktor.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda baş verib. Yolu qarşı tərəfə keçmək istəyərkən maşının vurduğu 1964-cü il təvəllüdlü Nuriyyə Abdullayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.













