Bakıda tuneldə su boruları partladı, avtomobillərin hərəkəti çətinləşdi - FOTO

 22:59 21.11.2026     90

Bakının Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətinə gedən tuneldə su borularında qəza baş verib.

Redaktor.az xəbər verir ki, tunelin üzərindən keçən su borularının partlaması nəticəsində tunelin daxilinə fasiləsiz olaraq su damır.

Nəticədə yolun hərəkət hissəsi islanıb və sürüşkən vəziyyətə düşüb.

Yaranmış vəziyyət görmə məsafəsinin azalmasına və həmin istiqamətdə avtomobillərin hərəkətinin çətinləşməsinə səbəb olub.

Sürücülərə ərazidən keçərkən diqqətli olmaları tövsiyə edilir (APA).

22
Vumart və Güvən reklamı Vumart Güvən