Yeniyetmələr qəzaya düşdü - Yaralılar var

 14:09 22.11.2026     67

Gəncədə yol qəzası olub.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” və “Ford Transit” markalı avtomobillər toqquşması nəticəsində 2010-cu il təvəllüdlü G.M., 2012-ci il təvəllüdlü M.Ə. və daha bir nəfər xəsarət alıb.

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib, onların vəziyyəti kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən