Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Aran küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verib.
Redaktor.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 300kv.m. olan kürsülü ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənərək bitişik yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsi 150kv.m. sahədə, dam örtüyü və pilləkən qəfəsi yanıb.
Fərdi yaşayış evinin birinci mərtəbəsi və bitişik yerləşən tikililər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.















