Qarabağ qazisi faciəvi şəkildə ÖLDÜ

 09:21 25.11.2026     37

Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Nağıyev Məhəmməd Böyükağa oğlu yaşadığı evin həyətində yerləşən su quyusuna düşərək boğulub.

Meyit Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, M.Nağıyev Birinci Qarabağ Müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən