Dənizdə batan 4-cü kurs tələbəsinin meyiti TAPILDI

 16:20 25.11.2026     74

Sumqayıt bulvarında dənizdə batan 20 yaşlı oğlanın meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, 18 noyabr 2026-cı il tarixində Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batan 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 600 m aralı, nəzarətsiz ərazidə suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, dənizdə meyiti tapılan Nəsrəddin Şahaliyev Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsi idi.

 

Vumart və Güvən reklamı Vumart Güvən