FHN 7 nəfəri xilas etdi, 5 nəfərə köməklik göstərdi

 10:13 26.11.2026     49

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Bakı və Lənkəran şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti, Bakı Regional Mərkəzi və Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 9 əməliyyat keçirilib.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilən tədbirlər nəticəsində 6-sı uşaq olmaqla 7 nəfər xilas edilib, 5 nəfərə müvafiq köməklik göstərilib.

Vumart və Güvən reklamı Vumart Güvən