Azərbaycanda 14 günlük körpə xəstəxanada ÖLDÜ

 17:34 26.11.2026     38

Azərbaycanda körpənin ölümü ilə bağlı hadisə baş verib.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabirabad Regional Perinatal Mərkəzində qeydə alınıb.

Belə ki, Ucar rayonunun Alpı kənd sakini, 1997-ci il təvəllüdlü N.Hüseynovanın 14 günlük oğlan övladı xəstəxanada dünyasını dəyişib.

Məlumata əsasən, körpə noyabrın 12-də Ucar Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə, hamiləliyin 6-cı ayında dünyaya gəlib. Doğuşdan üç gün sonra vəziyyəti ilə əlaqədar Sabirabad Regional Perinatal Mərkəzinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən