Şəmkirdə ayı həyətə GİRDİ

 23:19 26.11.2026     70

Şəmkir rayonunda vəhşi heyvanın yaşayış sahəsinə yaxınlaşması qeydə alınıb.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Keçili kəndində baş verib.

Belə ki, ayı yerli sakinlər arasında klub kimi tanınan ərazinin yaxınlığında görünüb.

Gecə saatlarında həyətyanı sahəyə daxil olan qonur ayı sakinlər tərəfindən lentə alınıb.

Məlumat üçün bildirək ki, Keçili kəndində meşəlik ərazi yoxdur, boş açıq sahələr var.

Vumart və Güvən reklamı Vumart Güvən