Aparıcının evinə basqın edildi - DİN-dən AÇIQLAMA - VİDEO

 08:57 27.11.2026     107

Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı səsləndirdiyi iddialara Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aydınlıq gətirilib.

Redaktor.az xəbər verir ki, nazirliyin Mətbuat xidmətindən Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yerinin müəyyən edildiyi bildirilib.

Rəsmi məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Əlihüseyn Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, bundan əvvəl aparıcı Fira Cəlilova "Instagram" hesabında paylaşım edərək noyabrın 26-sı saat 22:00 radələrində Novxanıda yerləşən bağ evinə basqın edildiyini bildirmişdi. O, beş avtomobillə gələn təxminən 15 naməlum şəxsin evdən üç mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqları apardığını iddia etmişdi. Aparıcı həmin vaxt hadisədə iştirak etdiyi deyilən avtomobillərdən dördünün dövlət qeydiyyat nişanlarını da bölüşərək hüquq-mühafizə orqanlarına müraciət etmişdi.

 

Vumart və Güvən reklamı Vumart Güvən