Özünü kommunal xidmət işçisi kimi təqdim edərək oğurluq edən şəxs saxlanıldı

 12:31 27.11.2026     41

Paytaxtın Suraxanı rayonunda evlərdən silsilə oğurluqlar edilib.

Redaktor.az xəbər verir ki, zərərçəkən 10 nəfər polisə müraciət edərək yaşadıqları evdən ümumilikdə 4800 manat nağd pul, qızıl-zinət və məişət əşyaları, eləcə də inşaat materiallarının talandığını bildiriblər.

Suraxanı rayonunda polisin keçirdiyi tədbirlə əməli törədən, əvvəllər də məhkum olunan İ.Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, o, əvvəlcə mənzillərin qapısını döyərək evdə kiminsə olub-olmadığını yoxlayıb. İ.Əliyev qapını açan şəxslərə özünü kommunal xidmət işçisi kimi təqdim edib. Evdə heç kimin olmadığına əmin olduqdan sonra isə mənzilə daxil olaraq oğurluqlar edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən